seirler

Uzeyir Hacibeyov haqqinda melumat

Üzeyir Hacıbəyov müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. O, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olmuşdur.

Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. Onun atası şairə Xurşudbanu Natəvanın katibi, anası isə Aliverdibəyovlar ailəsindən idi. 

Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. 

Üzeyirin uşaqlığı da elə Şuşada keçir. Əvvəlcə mədrəsədə oxuyur. Burada ərəb, fars dillərinə mükəmməl yiyələnir, şərq yazıçılarının həyat və yaradıcılığı ilə yaxından tanış olur.

Təhsil həyatına 1890-1904-cü illərəd Qori Müəllimlər seminariyasında davam edib. Seminariyanı bitirdikdən sonra Ü.Hacıbəyov bir il Hadrud kəndində (Cəbrayıl bölgəsi) müəllimlik etmişdir. Ü.Hacıbəyov 1905-ci ildə Bakıya köçmüşdür. Bakıya qayıdan Hacıbəyov ilk böyük musiqi əsərini, yəni “Leyli və Məcnun” əsərini yaratmağa qərar verir. Bəstəkar “Rüstəm və Zöhrə”, “Şah Abbas və Xurşudbanu”, “Harun və Leyla” və digər operalarını yaradıb. Onun əsərində qərb və şərq musiqi üslubları birləşir.

Üze­yir Ha­cı­bə­yov 1911-ci il­də mu­si­qi təh­si­li al­maq üçün Mosk­va­ya ge­dib və fi­lar­mo­nik cə­miy­yə­tin nəz­din­də İl­yins­ki­nin xü­su­si mu­si­qi kur­sun­da təh­sil al­ma­ğa baş­la­yıb, fə­qət mad­di eh­ti­yac üzün­dən mu­si­qi təh­si­li­ni ya­rım­çıq qo­ya­raq Ba­kı­ya qa­yıt­ma­ğa məc­bur olub. Bu­ra­da ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­ni da­vam et­di­rə­rək, yaz­dı­ğı ope­ra­la­rı səh­nə­yə qoy­maq­la məş­ğul olub.

Üze­yir Ha­cı­bə­yov Azər­bay­can mu­si­qi­sin­də kök­lü dö­nüş ya­ra­dan da­hi bir bəs­tə­kar­dır. O, XIX-cu əs­rin əv­vəl­lə­ri­nə­dək şi­fa­hi xalq mu­si­qi sə­nə­ti şək­lin­də möv­cud olan Azər­bay­can mil­li mu­si­qi­si­ni zən­gin­ləş­di­rib və ümu­miy­yət­lə Şərq mu­si­qi­si­nin in­ki­şaf pers­pek­tiv­lə­ri­ni mü­əy­yən­ləş­di­rib. Yə­ni müa­sir Azər­bay­can el­mi mü­si­qi­şü­nas­lı­ğı­nın əsa­sı­nı qo­yub. So­vet döv­rün­də bü­tün is­ti-so­yuq­la­ra dö­zə­rək, mil­li mu­si­qi­mi­zin şə­rik­siz li­de­ri ola­raq qa­lıb, ilk bəs­tə­kar­lar və ifa­çı­lar nəs­li­ni for­ma­laş­dı­rıb.

Əslində Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Məsələn, 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 

1937-ci ilin qanlı repressiyaları da Üzeyir bəydən yan keçir. Buna səbəb isə Stalin və Mircəfər Bağırovun Üzeyir bəyə yaxşı münasibət bəsləməsi olub. 

Stalin Üzeyir bəyin həm özünə, həm də yaradıcılığına böyük hörmət bəsləyib. Onun əsərlərilə yaxından tanış olub. Hətta “Arşın mal alan” operettasını əzbər bilib, dəfələrlə izləyib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Arşın mal alan”ın və “Koroğlu” operasının proqrama salınması da məhz Stalinin göstərişinə əsasən olub. Özü də “Koroğlu” operası ongünlük ərzində düz 3 dəfə nümayiş etdirilib. Baxmayaraq ki, bir tamaşa 2 dəfədən artıq göstərilə bilməzmiş. Hətta tamaşaların ikisində Stalin özü də iştirak edib və “Koroğlu”nu “ən gözəl Sovet operası” adlandırıb. Heç təsadüfi deyil ki, ongünlükdən sonra sovet bəstəkarları arasında ilk dəfə Üzeyir Hacıbəyliyə SSRİ xalq artisti adı verilir. Lenin ordeni alır. 1941-ci ildə isə “Koroğlu” operası Stalin mükafatına layiq görülür.

Ziyafət zamanı Stalin bir təklif irəli sürür. Xalq çalğı alətlərində ifaçıların ümumittifaq müsabiqəsinin keçirilməsini və ora Üzeyir bəyin rəhbərlik etməsini təklif edir. 1939-cu ilin oktyabrında müsabiqə başlayır… Ancaq elə bu müsabiqə də dahi bəstəkarın xəstəliyinin başlanğıcı olur. 

“Müsabiqəyə qatılan erməni ifaçılarının bir neçəsi ikinci mərhələyə keçə bilmir. Bunda Üzeyir bəyi günahkar bilir. 

Onlar, Molotovun adına teleqram göndərirlər ki, “Üzeyir bəy milliyyətçidi, erməni olduğumuza görə, bizi ikinci mərhələyə keçməyə qoymadı”. Molotov isə bu teleqramın üstünü yazıb göndərir Üzeyir bəyin özünə. Üzeyir bəy bu teleqramı oxuyanda dəhşətə gəlir. 

Üzeyir bəy elə böyük stress keçirir ki, nəticədə şəkər xəstəliyinə tutulur. Ancaq bunu özünə demirlər. Bəstəkara hiss etdirmədən pəhrizinə riayət etməyə başlayırlar”. 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Üzeyir bəy 1 ayda 18 kiloqram arıqlayır. Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Oranın da həkimləri müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını təsdiqləyirlər. 

Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında elə həmin evdə vəfat etdi”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *