Blog

Vetene aid atalar sozler

Vetene aid atalar sozler axtarışındasınızsa, saytımızda tapa bilərsiniz.

Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.

Vətənin tüstüsüdə şirindi.

Yer, oturan adamla şərəflənər.

Yerlərdir haman yerlər, Görünməz oldu illər.

Yersiz – el yetim,
Elsiz – yer yetim.

Ağac sınanda budaq nəyə gərəkdir?!

Ağacı içindən qurd yeyər.

Dünyada Vətəndən əziz nə var?

El ağzı faldır.

El ağzını bağlamaq olmaz.

El arxası çəmən olar.

El atan daş dağdan aşar.

Ana kimi yar olmaz, Vətən kimi diyar.

Anasından ayrı düşən quzunu qurd yeyər.

Asılsan da uca budaqdan asıl.

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

Bu dünyada şirin şey, bir anadır, bir Vətən.

Dağ yeri – duman yeri, Yurd yeri – guman yeri.

Dam dirək üstə durar.

Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.

Ağac dibindən su içər.

Ağac meyvəni dəyənə qədər böyüdər.

Ağac olan yerdə budaq sınar.

Ağac səmtinə yıxılar.

Doğma yurd şirin olar.

El atan daşa güc düşməz.

El bir olsa zərbi kərən sındırar.

El çalan zurnanın səsi uzağa gedər.

El dəlisini çölə atmaz.

El elə sığışar, ev evə sığışmaz.

El elin aynasıdır.

El gözündən düşən boy atmaz.

El gözündən düşən gözsüz qalar.

El gücü, sel gücü.

El gücü, yel gücü, sel gücü.

El harda, sən də orda.

El keçən körpüdən qorxma, sən də keç.

El köçdü, oba qaldı.

El oğrusuz, çöl qurdsuz olmaz.

El öz dəlisini tanıyar.

El qapısı – həkim qapısı.

El qapısı gec açılar, güc açılar.

El qapısı həm gec, həm güc açılar.

El sevəni el sevər

Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.

Elin gözü sərraf olar.

Elin gücü bir olsa, düşməni dara çəkər.

Elin oğlu yumurtaya qulp taxar.

Ellərə gülən canım – indi olub el gülüncü.

Elsiz dağ viranədir.

Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

Həkim qapısı – el qapısı.

Hər ağac öz dibinə kölgə salar.

Hər kəsə öz Vətəni əzizdir.

Hər kəsi el istəsə, bülənd olar, ucalar.

Hər quşa öz yuvası doğmadır.

Köçən yurdun qədrini, düşən yurdda bilərlər.

Lələ köçüb, yurdu qalıb.

Lələ var, yurdu yox.

Nə qədər uzaq olsa, yol yaxşıdır,
Nə qədər yaman olsa, el yaxşıdır.

Oba bizə, biz obaya hayanıq.

Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?

Yersiz gəldi, yerli qaç.

El tikəni yel yıxa bilməz.

El tutanı ər tutar, Ər atanı el atar.

Elə arxalanan igidin, arxası yerə dəyməz.

Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.

Elimə qalsın, günümə qalmasın.

Yurddan çıxsan da, eldən çıxma.

Oba köçüb, yurdu qalıb.

Ölər Koroğlu getməz bu yurddan.

Qadın vardır igid doğurur,
Oymağı dövlət edər,
Qadın vardır it doğurur,
Məmləkətə dərd edər. (Türk atalar sözü)

Qoçun buynuzu qoça ağırliq eləməz.

Qürbət görməyən adam vətən qədri bilməz.

Qürbətdə xan olunca, Vətənində dilən, gəz.

Sular hərəkətlidir, Torpaq bərəkətlidir.

Uçan damın böyüklüyü binövrəsindən bilinər.

Vətən daşı olmayandan, olmaz vətəndaşı.

Vətən elin evi, dayağıdır.

Vətən elin evidi.

Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.

Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.

Vətənə gəldim, imana gəldim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *