seirler

Şəhidlərə aid şeir🥀

Şəhidlərə aid şeir bir çox şairlərimiz tərəfindən yazılmışdır. Azərbaycan ta qədimdən bu yana yerləşdiyi strateji əhəmiyyətli torpaqlara görə hər zaman düşmənlər tərəfindən işğala məruz qalmışdır. Bu torpaqları qorumaq yolunda saysız-hesabsız oğul və qızlarımızı qurban verməli olduq. Hər il ölkəmizdmatem günlərimizdə şəhidlərə aid şeirlər səslənir, mahnılar oxunur, onları dərin hüznlə anırıq. Sehidler haqqinda seir və mahnılar hər bir anım tədbirində məktəbliklər, tələbələr, gənclərimiz tərəfindən söylənilir.

Şəhidim şeiri

Müəllif: Narıngül Nadir

Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım…
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim.

Ayağın yerdədir, yolun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi –
Dönüb üfüqlərdə itən şəhidim?

İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın,
Bayrağa bürünüb ötən şəhidim.

Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!

Salam, Şəhid Anası

Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.

Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.

Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.

Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!

Salam, şəhid bacısı,
Dağ gördün, dağ itirdin.
Üzü nurlu bir igid,
Arxa, dayaq itirdin.

İndi bütün igidlər,
Qardaşındir, ay bacı,
Sən şəhid bacısısan
Sənə yoxdur tay, bacı.

Salam, şəhid qardaşı,
Yaş tutmasın gözünü,
Hər an şəhid olmağa,
Hazır elə özünü.

Sənin qardaşın, sonra,
Mənim qardaşım gedər.
Sonra mən, sonra da sən
Sonra bütün igidlər.

Salam, şəhidin yarı,
Bilirəm darıxırsan,
Bir ümid, gələr deyə
Pəncərəyə baxırsan.

Bilirsən gəlməyəcək
Yol yoxdur daha geri
Şəhid olub igidin
Cənnətdir onun yeri.

Sən, ey şəhid övladı,
Boynunu bükmə qəti,
Çünki heç bükülmədi
Atanın şux qaməti.

Şəhiddir sənin atan
Ay ölkəmin çırağı,
Şəhidlər diri qalar,
Şəhidlər ölməz axı.

Şəhid anası şeiri

Müəllif: İlham İdrisoğlu.

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama, şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama, şəhid anası!

Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə, düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama, şəhid anası!

Ruhu ildrımda, şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli, ümüdlü ürəklərdədir,
Çox matəm saxlama, şəhid anası!

Nə deyim, nə yazım, qələmim donur?
İlhamın dünyası odlanır, yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama, səhid anası!

Şəhid Qızı şeiri


Onu mənə xatırladır.
Bu torpağın hər qarışı.
Onun adı şəhiddir.
Mənim adım şəhid qızı.
Axı söz vermişdim ona.
Axıtmaram tək bir damla
Gözyaşlarım qulaq asmır
Qəlbimdəki yaralara.
Əsla ölməz şəhidlər!!
deyərdi mənim atam.
Bəs indi hardasan ??
Ay mənim şəhid atam.
Atam hanı fəryadıma
Niyə heç kim cavab vermir?
Sarılanda gülümsəyən o şəklinə
Niyə sənin səsin gəlmir?
Sarılmış üçrəngli bayrağına
Gül qoxan tabutuna
Baxanda gözüm dolur
Qürurdan gözüm dolur, acıdan gözüm dolur
Baba belə oturma kədərli
Əmi baxma bələ qəmli-qəmli
Axı ata həsrətindəyəm.
Nənə dik tut başını,ana sil göz yaşını
Axı şəhid qızıyam mən.
     

Salam, şəhid anası şeiri

Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.

Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.

Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.

Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!

Azaddır torpağın, Əsgərli Təbriz!

İnan ki, sənsizlik yaman çətindir,
Necə alışaq ki, biz yoxluğuna?
Qələbə sevinci yaşatdın bizə,
Ey şəhid, əyilib başım ruhuna.

Ey igid, sən artıq yüksəklərdəsən,
Bizimtək insanlar heyrandır sənə.
Köçərək dünyadan cavan yaşında,
Çatdın insanlığın ən zirvəsinə.

Bu fani dünyaya aldanmadın sən,
Bizim gözümüdə uca dağ oldun.
Bizlərə bu fani dünyanı verən,
ALLAHın önündə üzü ağ oldun.

Sən öz hünərinlə tarix yazmısan,
Heç nədən qorxmayan ürəkli Təbriz.
Bu yurddan düşməni özün qovmusan,
Azaddır torpağın, Əsgərli Təbriz!

Vətənin fəxrisən sən, Kəmaləddin!

Rahat yat məzarda, şəhid qardaşım!
Qisasın alındı xain düşməndən.
Hər bir kəs əyərək önündə başın,
Qürurla danışır, igidim, səndən!

Sən bizim fəxrimiz, qürurumuzsan,
Kimlər seçmədi ki, sən seçən yolu. 
Sən getdin, can qopdu bu canımızdan,
Sən ey Kəmaləddin İsrail oğlu.

Ucaldın ən böyük mərtəbəyə sən,
Uca yaradanın öz dərgahında.
Söylədin son dəfə nəfəs verərkən,
Dalğalan, bayrağım, Qarabağımda!
Atanın üzündən fəxarət hissi,
Ananın gözündən boylanır qürur.
Biz də yaşayırıq hər iki hissi,
Şəhidim, məzarın nurlu görünür!

Hər bir kəs baş əydi ruhun önündə,
Düşmənin önündə keçilməz səddin.
Şəhidlər diridir Allah önündə,
Ucaldın Allaha sən, Kəmaləddin!

Bilirəm heç zaman şəhidlər ölməz,
Şəhidli torpağa vətən deyildi.
Şəhidi olan bir vətən bölünməz,
Şəhidsiz bir ölkə vətən deyildir!

Qarabağ bizimdir, bizim qalacaq!
Şəst ilə söyləyir şəhid atası.
Bu vətən oğlunu unutmayacaq!
Başını uca tut, şəhid anası.

ŞƏHİD HAQQI ŞEİRİ

(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…


Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…


Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…


Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!


Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…


Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!


Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!

Doğum günün mübarək, ey  şəhidim

Müəllif: Günəş  Xudiyeva

Doğular o Günəş, gələr yeni gün
Açılar bu xalqın düşdüyü düyün
Qoyular üstünə çələngin, gülün,
Mən də sənə bu müjdəni gətirim
Doğum günün mübarək , ey şəhidim!

Düşmən çəkə bilmir, ağırdır daşım
Quruyub,qalmayıb gözümdə yaşım
Məğrurdur, əyilməz heç zaman başım
Rahat yat, rahat yat, ölməz igidim
Doğum günün mübarək, ey şəhidim!

Yaralı aslanam, hələ yatıram.
Vaxt gələr çağlaram, hələ susuram
Adına zəfərdən şeir yazıram
Bilirəm gələcək zamanım mənim,
Doğum günün mübarək , ey şəhidim.

Bu qədər alışdım, bu qədər yandım,
Coşar, daha durmaz damarda qanım
Zəfərlər marşını çalar bu xalqım.
Qələbə gününü görər gözlərim,
Doğum günün mübarək, ey şəhidim.

Yetişsin muradım, qoy o gün gəlsin,
Qarşında diz çöküm, yorulmaz, mətin,
“Bu gün sənin günün “ , – deyim, sən sevin.
Allahdan tək budur istəyim, əhdim
Doğum günün mübarək, ey şəhidim.

“Şəhidlər” şeiri

Qabil Ədalət.

Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!

Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Həyatda candan şirin deyin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Qabil Ədalətəm, yolunda hazır,
Qisas alınacaq əvvəl ya axır.
Yalnız bir təsəlli ürəyi açır,
Var belə oğullar, ola şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

İndi sən şəhidsən, Mirzəyev Aslan!

Ananın fəryadın eşitdiyim an
Sevincim qursaqda qaldı, şəhidim.
Kədərli gözlərlə baxırdı atan,
Sevin qələbəyə, – deyə bilmədim.

Sən getdin buradan o haqq dünyaya,
Düşünmə, arxasız qaldı qardaşın.
İndi sən şəhidsən, Mirzəyev Aslan,
Bizlərə əmanət oldu qardaşın.

Bu vətən hər zaman yetişdiribdir
Səntək cəsarətli, mərd oğulları.
Bilirəm, xöşbəxtdir göylərdə ruhun –
Alındı düşməndən vətən torpağı.

Bu haqq savaşında hünərinlə sən
Heyrətə gətirdin neçə insanı.
Şərəflə vuruşdun, artıq şəhidsən,
Dastanın olubdur şərəf dastanı.

“Şəhidlər” şeiri

Bəxtiyar Vahabzadə.

https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-4146751028936227&output=html&h=280&slotname=4825800394&adk=780887322&adf=3508177929&pi=t.ma~as.4825800394&w=1200&fwrn=4&fwrnh=100&lmt=1696319697&rafmt=1&format=1200×280&url=https%3A%2F%2Foxubil.info%2Fseirler%2Fsehidlere-aid-seirler%2F&hl=en&fwr=0&fwrattr=true&rpe=1&resp_fmts=3&wgl=1&uach=WyJXaW5kb3dzIiwiMTAuMC4wIiwieDg2IiwiIiwiMTAyLjAuNDg4MC43OCIsW10sMCxudWxsLCI2NCIsW1siQ2hyb21pdW0iLCIxMTYuMC41ODQ1LjE4OCJdLFsiTm90KUE7QnJhbmQiLCIyNC4wLjAuMCJdLFsiT3BlcmEiLCIxMDIuMC40ODgwLjc4Il1dLDBd&dt=1696319045489&bpp=3&bdt=3826&idt=294&shv=r20230927&mjsv=m202309210101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D7fc5237eee056846-22e254c326df0049%3AT%3D1696281541%3ART%3D1696319046%3AS%3DALNI_MYE3rmeUDG8sCM47c_upahwkHovHw&gpic=UID%3D00000c8b6278cb36%3AT%3D1696281541%3ART%3D1696319046%3AS%3DALNI_MY8QCHUlgSHbYK15LJoxIhnF0_0rQ&prev_fmts=1200×280%2C1200x280%2C728x90%2C0x0%2C1200x280%2C1200x280&nras=1&correlator=733111899205&frm=20&pv=1&ga_vid=317832771.1696319046&ga_sid=1696319046&ga_hid=1382103193&ga_fc=0&u_tz=240&u_his=1&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&u_sd=1&dmc=4&adx=8&ady=7330&biw=1297&bih=595&scr_x=0&scr_y=4951&eid=44759876%2C44759837%2C44759927%2C44804171%2C21065724&oid=2&psts=AOrYGskwxYqnPqVN58fyXu29V0GHj6640TLGewqd5viVsIsIRq1Hk3MEBIiIeJPXok6bYo_chNrolM8-4F9tZbC9NKtIoTY%2CAOrYGsmfCNTcdcxsfTtNGkrW-YynplkKlFruaMbChhRFuXxiABDC2Oc5phFoNwYpsbabkIafYf99k_Q3PNYrvqeerADQrR6PzImU7MVlcXc&pvsid=3843301517905487&tmod=463266363&uas=3&nvt=1&ref=https%3A%2F%2Fwww.google.com%2F&fc=896&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C728%2C1312%2C610&vis=1&rsz=%7C%7CEebr%7C&abl=CS&pfx=0&cms=2&fu=1152&bc=31&ifi=5&uci=a!5&btvi=4&fsb=1&xpc=sZboFzFkav&p=https%3A//oxubil.info&dtd=M

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

2 Comments

    1. ANA MƏN ŞƏHİDƏM-ŞƏHİD

      Bütün Azərbaycan şəhidlərinə və
      Şəhid Rauf İbadova ithaf edirəm

      Sən ağlama əziz anam,
      Sən ağlama əziz atam,
      Düşünməyin mən ölmüşəm.
      Mən ölmədim, Şəhid oldum!
      Min il keçsə Şəhid ölməz!
      Mən getdiyim haqq yoludur,
      İmam Hüseynin yoludur!
      Sevinmə sən, yağı düşmən,
      Cismimi öldürsən belə,
      Elə sanma mən ölmüşəm,
      Asimanda yurd salmışam!
      Sən ağlama məni ana!
      Məni mələklər ağlayır!
      Mən ölmədim Şəhid oldum!
      Min il keçsə Şəhid ölməz!
      Şəhidlik uca zirvədir!!!
      Kim istəsə qalxa bilməz.
      Bu zirvə həm can istəyir,
      Həmdə ki, qurban istəyir.
      Tanrı özü, məni seçdi!
      Mən vətənin qurbanıyam!
      O Vətən ki, sənsən Ana!
      Hər an mənə qurban idin.
      Mən də sənə qurban oldum!
      Fəxr eyləyin, ata-ana
      Qəddini heç əymə ata
      Mən gedəli düşünmə sən,
      Tək qalıbsan əziz atam.
      Bütöv xalqım səninlədir!
      Azərbaycan səninlədir!
      Elə bilmə mən ölmüşəm,
      Mən ölmədim Şəhid oldum!
      Min il keçsə Şəhid ölməz!
      Ana-ana canım ana!
      Sən ağlama məni, ana
      Məni bütün el ağlayır!
      Qəm etmə ki, nakam getdim.
      Mən arzuma çatıb getdim!
      Otuz ildir cəlladların taptağında
      Taptalanıb inildəyən
      Dərdli anam, Qarabağın
      Bilirdim ki, dərdlərinə məlhəm idi,
      Mənim canım, mənim qanım.
      Hər sevgidən üstün idi mənin üçün
      Ana Vətənin sevgisi!
      İki yüz yetmiş il sonra
      Şanlı şərəfli tarixə, Qalibiyyət tarixinə
      Öz qanımla məndə, adımı yazmışam!
      Qərib qürbət Nüvədinin həsrətiylə
      Yanıb-sönən Şəhid Rauf İbadov tək!
      Mən ölmədim Şəhid oldum!
      Min il keçsə Şəhid ölməz!
      Min il keçsə yaddan çıxmaz!
      Ana mən Şəhidəm, Şəhid!
      Qürurla gəz əziz anam,
      Sən Şəhidin anasısan!
      Qürurla gəz əziz atam
      Sən Şəhidin atasısan!
      Ata mən Şəhidəm, Şəhid!
      Şəhid Rauf İbadov!

      Rəhminə Zamanova 15.noyabr 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *