Sanamalar
Sanamalar saytımızda təqdim olunur.
ƏKİL-BƏKİL
Əkil-bəkil quş idi,
Ağaca qonmuş idi,
Getdim onu tutmağa,
O məni tutmuş idi,
Meydana salmış idi.
Meydanın ağacları,
Dən gətirir quşları,
İYNƏ, İYNƏ
İynə, iynə,
Ucu düymə,
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi,
Qoz ağacı,
Qotur keçi.
Hoppan, Ò»oppan,
Yırtıl-yırtıl,
Su iç, qurtul.
ƏMİM OĞLU
Əmim oğlu,
Üzü buğlu,
Haldırım dedi,
Huldurum dedi,
Göyə bir ağac atdı.
Kərki sapı,
Gül budağı.
BARMAQLAR
Baş barmaq,
Başala barmaq,
Uzun Ò»acı,
Qıl turacı,
Xırdaca bacı.
Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı.
BİR-İKİ
Bir, iki,
bizimki.
Üç, dörd,
qapını ört.
Beş, altı,
daşaltı.
Yeddi, səkkiz,
Firəngiz.
Doqquz, on,
qırmızı don.
MIRT-MIRT
Mırt, mırt,
Adın nə?
– Balqabaq.
Evlənsənə?
– Gələn yox
Dillənsənə?
– Qoyan yox.
İstəsənə?
– Verən yox.
Oynasana?
– Çalan yox.
Yerin Ò»ara?
– Samanlıq.
Saman yeginən?
– Qarnım tox.
Onda çəkil, gendən bax.
BİR-İKİ
Bir iki,
Bülbül təki.
Camdan baÒ»a,
Başım dağı.
Hop-Ò»op, Ò»oppan,
Qızıl tap.
Kimsədə yox,
Məndəsə çox,
Mənsə bu gün,
Sünbülə gəldim.
Sünbüllər açmış,
Zər zəncəfil,
Dınğır, dınğır,
Sənsə cınqır.
BİR-İKİ
Bir, iki, dingildən.
Anasının ilkindən.
Çıxdım örük dalına.
Baxdım şəÒ»ər yoluna.
Gördüm gəlir on dəvə.
Mən birinə minmədim.
Ablamgilə gəlmədim.
Ablam pilov bişirmiş,
İçinə siçan düşmüş.
Siçan on beş yaşında.
Qızıl güllər başında.
Bu dolamdan kim çıxdı?
Qızıl saçlı qız çıxdı.
MOTAL-MOTAL
Motal, motal,
Tərsə motal,
Qıl atar,
Qaymaq qatar.
Ağ quşum.
Ağarçınım,
Göy quşum,
Göyərçinim.
Qarğa qara,
Durna cala,
Çiləmə çilik,
Bircə əmlik.
Çəmbər çarıq,
Əmrəqulu,
Vur nağara,
Çıx qırağa.