Blog

Menalı statuslar

Menalı statuslar burada.

Heç vaxt başqa insanlar üzülməsin deyə özünü üzmə. Unutma; Sən dözürsənsə, onlar da dözə bilər.

Dünyadakı ən qəribə və üzücü şey; Bir vaxtlar bir-birinin hər şeyini bilən iki insanın tamamilə yadmış kimi davranmasıdır. 

Gecənin ən kor saatlarında sənə yazmaq əvəzinə səni yazıramsa bu sənin günahındır.

O sənə kiçik bir ümid verdi, sən isə ona hər şeyini verdin.

Olmur, elə deyilmi? Sizə acı verən bir şeyi bir kənara qoya bilmirsiniz.

Bir dəniz mənzərəli ev lazımdır bizə, tükənməz qəhvə və birdə bitməyən kitab.

Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.

Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. 

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. 
Əlimdən bir şey gəlmir demə! Ovuclarında nə dualar gizlənir…

A`sını yaşamadığım bir məhəbbətin, Z`sinə qədər acısını çəkdim mən.

Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar.

Hər kəsin istədiyi kimi biri olmaq üçün doğulmamışam.

Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. 

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.

“Karyera qurmaqla evdə qalmaq” arasında çox incə be xətt var, qızlar.

Yaxşı davranan kişiləri ya tərk edərlər, ya da aldadırlar.

Çox incidildiyimdə artıq sadəcə “mən öyrəşmişəm” deyirəm.

Heç bir şey yolunda getmir əslində, sadəcə mən görməməzliyə vururam.

Əlin telefona gedir amma mesaj belə ata bilmirsən, varmı bundan daha pis bir şey?

Heyat beşiklə məzar arasında sınaq müddətidir.

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. 

Bəzən düşünmədən yaşamaq lazımdır, bəzən də yaşadıqlarını düşünməmək…

Məsafələr, sevməyi bacarmayanların bəhanəsidir…

Yaxşı sevgilim deyilsən, amma bu səni sevmədiyim, qısqanmadığım, darıxmadığım anlamına gəlməz, gələ bilməz.

Səni məndən əvvəl “fırlatmaq” üçün seviblər, mənim əsl sevgim artıq gəldi. 

İnsan həyatı boyu bir adamı sevir. Əvvəlki və sonrakılar bir axtarış, qaçış və ya aldanışdır.

Sevmək bəzən alçaqca qorxuludur. İnsan bir axşam üstü qəfildən yorulur.

Hər gün insan üçün yeni bir həyatdır. 

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.

Qırılacaq 206 dənə sümüyünüz varkən, axmağın biri gəlir ürəyimizi qırır.

Səni olduğun kimi sevən insan üçün yaxşı gün, pis gün yoxdur. Nə vaxt yanında olması lazımdırsa, o zaman yanında olar…

Heç kimi keçmişi üçün mühakimə etmə… Unutma,sən də öz gələcəyindən xəbərsizsən.

Mən gözləyərəm… Dönməyin üçün deyil, peşmanlığını görmək üçün…

İncitmək istəmədiyim üçün susuram verecek cavabım yoxdu sanır.

Mən sənə oyandım yenə, sən başqalarıyla yatarkən …

8 planet 204 ölkə varkən istəmədiyimiz insanlar hələ də necə “ağzımızın içində” yaşayır.

Hara gedirsən? Sualına “Qayıdıram”, – deyə cavab verən yeganə millətik.

Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.

Nə çətindir, yazaraq izah etməyə çalışmaq susduqlarını.

Kiminləsən və harada heç əhəmiyyəti yoxdur əslində, amma düşünmədən də olmur.

Bilərəm, gedənlə ölünməz amma qalanlarla da yaşanmır.

Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.

Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan…

Şair deyib “sən get sevgin mənə qalsın” , mən şair deyiləm gözəlim lazım deyil saxta sevgin apar dəyərsiz həyatına soxduğun alsın!

Bəzən o qədər çox sevərsən ki, günahkar O olsa belə sən üzr istəyərsən…

İlk mesajı nə qız, nə oğlan yazar. İlk mesajı həqiqətən sevən yazar…

Danışmaq istəsə yazardı…Yazmırsa ya yanında biri var ya ürəyində.

Bəzən sözlər dodaqdan tökülmədiyi üçün gözlərdən tökülür…

Xəyallar qurduğun insanı itirmək qədər ağır bir şey yoxdur.

Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.

Səni sevəni sevmək özünə vurğunluqdur. Səni sevməyəni sevmək, bax bu məhəbbətdir…

Könül almağı bacarmayana ömür əmanət edilməz..

Qəlbinin nə qədər qırıldığından çox kimin qırdığı incidir insanı.

Əsəbləşəndə susmağı öyrəndiyim gündən bəri yetkin biriyəm.

Reklam 4

Qadın cənabın boynundan öpüb “evim buradı”, dedi. Cənab qadının zərif əllərini qəlbinə aparıb “sənin evin buradı”, dedi.

Ən çox xəyal qırıqlığını ən gözəl xəyallar qurduğumuz insanlar yaşadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *