seirler

Menali sozler

Menali sozler axtarışındasınız? O zaman səhifəmizə nəzər gəzdirin. Burada sizin bəyənəcəyiniz mənalı sözlər təqdim olunur.

Səni xəyallarına çatdıracaq ən önəmli şey, cəsarətindir.

Sabah öləcəyimizi bilsək, bütün inciklikləri unudarıq; amma biz sonsuza qədər yaşayacaqmış kimi qırıcı və qürurluyuq.

Xoşbəxt var-dövləti olan deyil,dövlətə ehtiyacı olmayandır.

Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.

Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.

Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.

Pulsuz pendir yalnız siçan tələsində olur. ( Əhməd Şərif İzgörən )

Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. – Əbu Turxan

Bir şeyi yadda saxla, bəzən istədiyin şeyi əldə etməmək, istədiyin bir hadisənin baş verməməsi, sənə uğurla nəticələnə bilər.

Bilməklə bilməmək arasında bir tək doğru vardır; düşünmək..

Sevgini ürəyində tut. Onsuz bir həyat, çiçəksiz bir bağça kimidir.

Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. ( Epiktet )

Başqalarındandaha üstün olmaq önəmli deyildir. Əsas önəmli olan, dünənki SƏNDƏN daha üstün olmaqdır. ( Hind atalar sözü )

Kimsə sənə cavabın vermək istəmədiyin sualı verirsə, gülümsə və cavab ver : ” Nəyə görə bunu bilmək istəyirsən ? “

Əgər istedad illər keçdikcə təkmilləşirse, deməli o əsl sınaqdan çıxmışdır, o həqiqi və böyükdür; əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır.

Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. ( Platon )

Birinin gözünə baxmaq, onun yuxularına girməyi gözə almaq deməkdir. Sevmək qabiliyyətin yoxdursa, sevə bilmərsən.

Kiçik şeylərə çox əhəmiyyət verənlər böyük işlər görə bilməyənlərdir.

Ey könlümün sol tərəfi, səni ağlıma qoydum, ağlım almadı. Ürəyimə qoydum, sənə doymadı.

Yanlışın ən təhlükəlisi doğruya ən yaxın olanıdır. Çünki, doğruyla bu yanlış bir-birinə qarışdırılır. Buna görə də bunun insanları aldatmaq ehtimalı yüksəkdir. ( Nəcməddin Ərbakan )

Arxamdan Danışmağa Davam Et…
“Çünki qarşıma çıxacaq qədər böyük deyilsən”…

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir…

Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər kədəri silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi.

Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur…

Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatın özü bir hədiyyədir.

Dəstəyə ehtiyacın olanda, adətən heç kimə lazım olmursan. Amma əslində sən daim heç kimə lazım deyilsən. Sadəcə bunun fəqrinə yalnız dəstəyə ehtiyacın olanda varırsan.

Bəzi insanların danışacaq qədər zəkaya, ya da susacaq qədər ədəbə sahib olmaması, həyatdan soyumam üçün kafi bir səbəbdir.

İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir.
( Nizami Gəncəvi )

Kədərin başqalarını güldürə bilər, amma gülüşün başqalarını kədərləndirməməlidir. ( C. Palahniuk )

Heç səhv etməyən insan, heç bir şey etməyən insandır.
Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır. ( Yunus Əmrə )

Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər. ( Aristotel )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *