Blog

Maraqli sozler

Maraqli sozler saytımızda sozlər saytımızdadır. Buyurun, tanış olun.

Uşaqlarınızı əsla ‘bu dünyada yaxşılar qalib gəlir’ deyə böyütməyin, onlara deyin ki: “Dünyada həmişə Arsızlar, hayasızlar, pislər və iki üzlülər qazanar amma sən qürursuz bir qələbənin, şərəfli bir məğlubiyətə əsla çata bilməyəcəyini bil və həmişə yaxşı qal.

Dünyanın problemi bu idi; Ağıllılar həmişə şübhə içindəykən, axmaqlar həyasızca özlərindən əmin idilər. -Bertrand Russell.

Dünya çox acı çəkir. Amma pis insanların şiddətindən deyil, yaxşı insanların səssizliyindən…

Səmimiyyət – ürəklərin danışdığı bir dildir. Çoxunun ürəyi yetməz..

Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz. – Konfutsi.

Gözəlliyi sevgidə tapmaq lazımdır, güzgüdə deyil. – Taqor

Pulun ala bilməyəcəyi bir şeyə sahib olmayana qədər zəngin deyilsiniz.

İnsanın yanında dərman kimi adamlar olmalıdır, ağrılarını sakitləşdirən, əks təsiri olmayan… – La Edri

Adam olmaq, heç kim görməsə belə doğru olanı etməkdir.

Başqalarının həyatı sizə bu qədər maraqlıdırsa, kitab oxuyun.

Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir. – Helvetsi

 Təkcə ər-arvad olmaq azdır. Dost və sevgili də olmaq lazımdır ki, sonra onları kənarda axtarmayasan…

Həyat bir pianodur. Ağ dilləri xoşbəxtlik və sevinc, qara dilləri isə qəm və kədərdir. Amma yaxşı musiqi ifa etmək üçün hər ikisinə də toxunmaq lazımdır.

Deyirlər, qadın evdə oturub uşaq tərbiyə etməlidir. Maraqlıdır, elm və mərifətdən xəbərsiz bir insan övlad tərbiyə edə bilərmi?! Bir millətin gələcəyi olan nəsli savadsız qadına etibar etmək olarmı?! – Əli Şəriəti

Türk savaşanda şeytanı da cəhənnəmdən əsir alır! – Çingiz Xan

Əgər dünya bir dövlət olsaydı sənayesi Almanlardan,ordusu Türklərdən,fahişəsi Fransızlardan olardı.

Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar. – Viktor Hüqo

Dünyada 3 şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində hakimiyyət və yaltaq dilində tərif…

Birlikdə gülürsüzsə – bu xoşbəxtlikdir, birlikdə ağlayırsızsa – bu dostluqdur, birlikdə susursuzsa – bax bu eşqdir.  -Qabriel Qarsiya Markes

Əgər sevgi bir çiçəksə, hörmət onu qoruyan saxsıdır. .Çiçək solmağa başlamışsa diqqət yetirin saxsı mütləq çatlamışdır.

Həyat bəzən insanları bir-birindən ayırar ki, bir-biri üçün nə qədər böyük məna kəsb etdiklərini anlasınlar.

  Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.

Sağlam uşaqlar yetişdirmək, pozğun yetkinləri düzəltməkdən asandır.

Təhsilə pul ayırmamaqla “qənaət”edənlər,pulu həbsxana tikintisinə xərcləmək məcburiyyətində qalacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *