Gülmeli letifeler
Gülmeli letifeler burada.
— Bu tarakanlar lap bizi bezdiriblər. Haranı açırsan içindən tarakan çıxır.
— Sən tarakanlar üçün olan təbaşirdən al.
— Köməyi olar?
— Əlbəttə, bax mən almışam, mənim tarakanlarım oturublar bir küncdə, sakitcə rəsm çəkirlər.
***
Qapıçı qadın məktəbə hər gün hamıdan əvvəl gələn oğlanın adını öyrənmək istəyir. Oğlan fəxrlə:
-Adım babamın adı kimidir.
— Babanın adı nədir?
-O da mənim kimi. Hər ikimizin adımız eynidir.
-Bəs səni nejə çağırırlar?
-Məni heç vaxt çağırmırlar. Özüm hamıdan əvvəl gəlirəm!».
***
— Ata sabah məktəbdə kiçicik bir valideyn iclası var. Vaxtın olar ora getməyə?
— Vaxt tapmağına taparam, amma başa düşə bilmirəm ki, kiçicik valideyn iclası nəyə deyirlər?
— Kiçicik valideyn iclası ona deyirlər ki, orda sən, mən, və sinif rəhbərimiz olur.
***
Bağçadan qayıdan 3 yaşlı uşaq nənəsinə deyir:
-Nənə, təzə oyun öyrənmişəm, «qaçan kubiklər oyunu», gəl oynayaq!
Nənə razı olur:
-Əlbəttə! Nejə oynayırlar, «qaçan kubiklər oyununu» öyrət, oynayaq!
— Bax, bu kubiklərdən birini götürüb qaçırsan…
— Nə vaxtacan qaçırsan, bala?
— Bax, orasını bilmirəm!..
***
— Ata, bu gün anam məni iki dəfə döyüb!
— Nəyə görə?
— Birinci dəfə anama gündəlik göstərdim, ordakı ikiləri, müəllimlərin yazdıqlarını görən kimi məni çırpdı.
— Bəs ikinci dəfə nəyə görə döydü?
— Gündəliyin əslində uşaq vaxtı onun özününkü olduğunu biləndə.
— Əhsən sənə Əhməd, zoologiyadan yaxşı qiymət almısan! Bəs bu necə oldu? Axı sən zoologiyanı yaxşı bilmirsən?
— Çox asanlıqla aldım yaxşı qiyməti. Dedim Dəvəquşunun üç ayağı var, müəllim də məni təriflədi.
— Burda tərifli nə var ki, sən səhv eləmisən axı, dəvəquşunun məgər üç ayağı var? Onun iki ayağı var axı…
— Bütün uşaqlar bir səslə dedilər ki, dəvəquşunun dörd ayağı var. Bircə mən dedim üç ayağı var. Ona görə də müəllim məni təriflədi.
***
Dovşan Canavara zəng edir:
-Alo Canavar, tez yanıma qaç, bizə on mandarin veriblər, hərəmizə səkkiz mandarin düşür. Gəl payıvı apar!
— O necə olur ki, on mandarindən hərəyə səkkizi düşür. Belə hesab olar?
— Bilmirəm, mən səkkizini yemişəm, özün gəl təzədən say!
Dovşan telefon dəstəyini asan kimi aradan çıxır.
***
-Əliş, get yat!
-Yuxum gəlmir…
-Yaxşı, uzan, gözlərini yum!
-Axı onda yatıram…
***
-Sən əlifbanı yaxşı bilirsən?
-Əlbəttə!
-Deyə bilərsən, A hərfindən sonra nə gəlir?
-O biri hərflər.
***
Çoxlu konfet yeyən Əli yenə konfet götürmək üçün əlini konfet qabına uzadır. Nənə bunu görür:
— Bəsdi, dişlərin xarab olar!
— Yemək istəmirəm, amma görürsən üstündə yazılıb «Ye məni».
***
Evə bikef qayıdan uşaq atasından soruşur:
-Ata bir adamı eləmədiyi bir şey üstündə cəzalandırarlar?
-Əlbəttə, yox!
-Bəs onda niyə qol vura bilmədiyimə görə mənə cəzalandırmaq istəyirlər?
***
Ata oğlanlarını yanına çağırıb deyir:
— Tez həkim çağırın, elə xəstələnmişəm, qolumu qaldıra bilmirəm!
Qardaşlar pıçıldaşdılar:
— Əsil vaxtdır pənjərəni sındırdığımızı deyək!
— Deyək!
***
— Sənə on konfet verirəm, yarısını qardaşına ver.
— Yaxşı!
— Verdin?
— Verdim!
— Neçəsini?
— Üçünü.
— Məgər sən 10-u 2-yə bölə bilmirsən?
— Bilirəm, amma o bölə bilmir.