Deyerli sozler
Deyerli sozler axtarırsınızsa, doğru ünvandasınız.
Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır
Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. – Viktor Hüqo
Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir şeyi unutduq – qardaş olaraq yaşamağı.
Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. – Artur Şopenhauer
Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi?
Keçmişinin əsiri olma, gələcəyinin memarı ol. – R. Şarma
Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır.. – Artur Şopenhauer
Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır.- Demokrit
Böyük müsibəttar böyük adamların yetişdiyi məktəbdir.
Sevgilim mən Sənin adını ürəyimə yazmışam. Allahdan tək diləyim adımı anlıma yazsın.
Bu həyatda 3 şey boşunadır:
– Axmağa nəsihət vermək
– Cahil ilə mübahisə etmək
– Və ikiüzlü ilə dostluq etmək.
Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir.
Xəyallarınıza qiymət verməyən insanlardan uzaq durun. Ruhu kiçik insanlar, başqalarını da daraltmaq, azaltmaq istəyər.
Sanki ölüm ayağında olmalıyıq ki bizi sevsinlər. Sanki uçurumun düz kənarında olmalıyıq ki bizi xilas etsinlər.
Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
Zər qiymətin küllükdə də itirməz .Zibil xəzinədə zər ola bilməz.
Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerda, divar tikdikləri üçün yalnızdırlar. – İsaak Nyuton
Xoşbəxtlik öz ocağımızda yetişir, başqalarının bağçasında deyil. – W. Jerrold
Həyatından gün oğurlayanlara deyil, Gününə həyat qatanlara dayar ver. -La Edri
– Andre Jid
Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq gerçək yerinizi tapın.
– Çarli Çaplin
Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz.
Pul şərab kimidir. Müəyyən həddə qədər adamı hala gətirir, bir az ondan artıq olanda cuşa gətirir, lap artıq olanda isə huşunu başından alır.
Üç cür alçaq olur: alçaqlıqlarnı böyük xeyirxahlıq hesab edən sadəlöhv alçaqlar, öz alçaqlıqlarından utanan, lakin onu əldən qoymayan alcaqlar və əsl alçaqlar.
Payızı yaz uğruna tükətdik, eşqi naz uğruna və çobanyastıqlarını sevir-sevmir uğruna, beləcə bir ömrü tükətdik bir heç uğruna…
Tanrı sənə nəsə bir hədiyyə göndərəndə onu bir problemə bükür. Və problem nə qədər böyükdürsə içindəki hədiyyə də o, qədər böyükdür. -Uill Smit
İnsanlara; ‘Dinin hansıdır?, ‘Namaz qılırsan?’, ‘Oruc tutursan? kimi suallar verməyin. Insanlardan ‘acsan?’, ‘naya ehtiyyacın var’ kimi sualları soruşun”.-Fatih Sultan Mehmet.
Düşmənlərin ən böyüyü düşmənliyini gizlədəndir. -Həzrət Əli
Musiqini duya bilməyənlər, rəqs edənləri dəli sanar… – Nitsşe
İnsanların həqiqətən nə düşündüklərini öyrənmək üçün, söylədiklərinə yox, elədiklərinə diqqət edin.
Sən get başqa dənizlərin qoynunda boğul. Mən sənə çoxdan qurudum…
Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir.
Qalacaqsa yerini, gedəcəksə yolunu bilməlidir insan. – R. Will
Yaradılmışlardan ən gözəli, gözəl tərbiyə almış insandır. -Epiktet.
Dəyər ver ya da vermə, Amma heç vaxt verirmiş kimi davranma. – Sədi Sirazi
Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm.- Muhamməd Əli