diger

Azərbaycanın Məşhur Çay Mədəniyyəti: İçki Mədəniyyəti və Süfrə Adətləri

Azərbaycan dünyada zəngin çay mədəniyyəti ilə tanınır. Ailələr, dostlar çay süfrəsi arxasında oturub həvəslə saatlarla söhbət edirlər. Eləcə də hungry shark kimi onlayn oyunları oynamaq da çay dəstgahı ilə daha əyləncəli olur. Lənkəran və Astara bölgələrində yetişdirilən çaylar o qədər ləzzətlidir ki, insan az qalır bir samovarı təkbaşına içə. Çay həm də azərbaycanlıların qonaqpərvərlik ənənəsinin ayrılmaz hissəsidir. 

Azərbaycanda Çay Mədəniyyəti

Azərbaycanda gələn qonağa ilk öncə çay təklif edilir. Çünki çay, səmimi hisslərin simvolu kimi qonaqda arxayınlıq və rahatlıq yaradır. Təsadüfi deyil ki, elçilik mərasimlərimizdə əvvəlcə ortaya şirin çay gətirilir. Əgər şirin çay qız evi tərəfindən içilərsə, bu razılıq əlaməti kimi qəbul olunur. Eləcə də digər mərasimlərimizdə də çay xüsusi bir içki kimi təqdim olunur.

Azərbaycanda İçki Mədəniyyəti və Süfrə

Azərbaycanın hər sahədə olduğu kimi süfrə və içki mədəniyyəti də öz zənginliyi ilə seçilir. Bizdə qonaqpərvərlik, mədəniyyət, ənənələrə bağlılıq çox qüvvətlidir. Ona görə də keçmişdəki məşhur səyyahlardan tutmuş indiki bloqerlərə qədər bu xüsusiyyətlər diqqət mərkəzindədir. Çünki Azərbaycanın süfrə mədəniyyəti əsrlərlə tarixin süzgəcindən keçərək öz saflığını indiyə qədər qoruya bilmişdir. Gəlin hansı hallarda süfrə açıldığına bir nəzər salaq:

  • Müxtəlif mərasimlər üçün nəzərdə tutulmuş çay dəstgahlı süfrələr
  • İslamın ölkəyə gəlişindən bəri qurulan iftar süfrələri
  • Tarixi min illərə dayanan qonaq süfrəsi
  • Ən geniş yayılmış məşhur toy süfrəsi
  • Novruz və digər bayramlarda qurulan bayram süfrəsi
  • Hər hansı bir sahədə əldə edilən uğuru qeyd etmək üçün qurulan süfrə

Azərbaycanlılar evdə olan ən dəyərli nə varsa süfrəyə qoymaqdan çəkinməzlər. Bu onların maddi zənginliyindən çox mənəvi zənginlikləri ilə bağlıdır. Hər açılan süfrənin bir mənası və səbəbi vardır. Süfrə sadəcə yemək yeyib çay içmək üçün yox, insana verilən dəyəri, daxili zənginliyi və ehtiramı göstərmək üçün qurulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *